“Ukrayna ilə sülh təşəbbüsü göstərən Afrika missiyasının Rusiyaya səfəri razılaşdırılır”

Dünya

18.05.2023 - 16:54

cedabet dərman SEO Xidməti

Sergey Lavrov: “Təmasların məzmunu ekspertlər səviyyəsində müzakirə olunur”

Ukrayna ilə sülh təşəbbüsü ilə çıxış edən Afrika ölkələrinin missiyasının Rusiyaya səfərinin tarixləri razılaşdırılır. AYNA xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Təmasların məzmunu ekspertlər səviyyəsində müzakirə olunur. Onların səfərinin tarixləri ümumi məqbul əsasda razılaşdırılacaq. Mən belə başa düşürəm ki, söhbət iyunun ortaları, iyulun əvvəlindən gedir”, - deyə Rusiyanın baş diplomatı söyləyib.

Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Afrika ölkələrindən ibarət nümayəndə heyətinin Ukrayna ilə bağlı sülh planını müzakirə etmək üçün Moskvaya səfər edəcəyini açıqlayıb. Onun sözlərinə görə, belə bir təşəbbüslə Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa çıxış edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş