“Ukrayna 60 hərbi qulluqçunun, o cümlədən 10 zabit və 16 mülki şəxsin mübadiləsini aparıb”
Ukrayna ilə Rusiya arasında hərbi əməliyyatlar başlanan gündən etibarən sayca beşinci əsir mübadiləsi prosesi baş tutub. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşşuk məlumat verib.
“Ukrayna 60 hərbi qulluqçunun, o cümlədən 10 zabit və 16 mülki şəxsin mübadiləsini aparıb”, - deyə Vereşşuk vurğulayıb.