Ukrayna dünən gecə 7 İran dronunu məhv edib

Dünya

10.08.2023 - 14:45

cedabet dərman SEO Xidməti

Dronların zərərsizləşdirilməsində idarəolunan raketlərdən və kiçik çaplı silahlardan istifadə edilib

Ukrayna qüvvələri gecə boyunca İran istehsalı 7 dronu məhv edib. AYNA APA-yaistinadən xəbər verir ki, Ukrayna hava qüvvələri dronların ölkənin şimal-şərqindən, Rusiyanın Kursk şəhəri istiqamətindən atıldığını bildiriblər.

 

 

Məlumata görə, axşam saat 11-də başlayan və təxminən 5 saat davam edən hava hücumu zamanı Rusiya tərəfindən 10 dron buraxılıb.

Dronların zərərsizləşdirilməsində Ukraynanın HHM qüvvələrinə məxsus idarəolunan raketlərdən və kiçik çaplı silahlardan istifadə edildiyi bildirilib.

Qeyd edək ki, Rusiya rəsmiləri də gecə boyunca Moskva və Krım yaxınlığında 13 Ukrayna dronunun vurulması barədə məlumat yayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş