Ukrayna Baş Qərargahı: "Rusiya ordusunun 47 hücumu dəf edilib"

Dünya

13.05.2023 - 11:30

Baxmut və Marinka şəhərləri son sutkada hərbi əməliyyatların episentrində qalıb

Ötən gün Ukrayna Silahlı Qüvvələri Limansk, Baxmuti, Avdeyevka və Marinka istiqamətlərində Rusiya ordusunun 47 hücumunu dəf edib.

AYNA-nın məlumatına görə, bu barədə Ukrayna Baş Qərargahı səhər hesabatında bildirib.

Qeyd olunur ki, Baxmut və Marinka şəhərləri son 24 saat ərzində hərbi əməliyyatların episentrində qalıb. Belə ki, Baxmut istiqamətində ruslar davamlı olaraq Baxmut şəhəri daxilində hücuma keçərək Orexovo-Vasilovka, Qriqorovka və Stupoçki yaşayış məntəqələri istiqamətində irəliləməyə uğursuz cəhd etdilər. Öz növbəsində Marinka uğrunda döyüşlər də şəhərin özündə və onun bilavasitə yaxınlığında davam edir.

 

 

Müəllif: Ayna.az