261 deputatın lehinə səs verməsi ilə Ruslan Stefançuk bu posta gətirilib
Ukrayna Ali Radası yeni spikerini seçib. AYNA xəbər verir ki, bu barədə “Vesti.ua” portal məlumat yayıb.
Ali Radanın spikerliyinə birinci müavin Ruslan Stefançuk namizəd göstərilib. 261 deputatın lehinə səs verməsi ilə o, yeni spiker seçilib.
146 deputat Avropa Həmrəyliyi fraksiyasının namizədi Yana Zinkeviçə, 44 deputat isə Aleksey Qonçarenkoya səs verib.
Qeyd edək ki, oktyabrın 7-də Ali Radanın spikeri Dmitri Razumkov vəzifəsindən geri çağırılıb. Qərara 284 millət vəkili səs verib ki, onlardan 215-i hakim “Xalqın Xidmətçisi” fraksiyasınən deputatı olub.
Bundan sonra "Xalqın Xidmətçisi"nin deputatları Ukrayna Prezidenti Vladimir Zelenskinin Ali Radadakı nümayəndəsi Ruslan Stefançukun spikerliyə namizədliyini irəli sürüblər.