Ukrayna Ali Radası Rusiya ilə bağlı qətnamə qəbul edib

Dünya

15.02.2022 - 17:28

Həkimlər Klinikalar SEO Xidməti

Parlament beynəlxalq ictimaiyyəti Rusiyanın mümkün qərarını tanımamağa çağırıb

Ukrayna Ali Radası Donetsk və Luqanskdakı qondarma rejimlərin tanınmaması ilə bağlı BMT, Avropa Şurası, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası (AŞPA), ATƏT Parlament Assambleyası, NATO Parlament Assambleyası, həmçinin dünya ölkələrinin parlamentlərinə və hökumətlərinə çağırış edən qətnamə qəbul edib. 

AYNA xarici mediaya istinadən bildirir ki, layihənin lehinə 331 deputat səs verib.

Ali Radanın müraciətində Rusiyanın “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın müstəqilliyinin tanınması ilə bağlı səyləri kəskin şəkildə qınanılıb. Ukrayna Parlamenti beynəlxalq ictimaiyyəti Rusiyanın mümkün qərarını tanımamağa çağırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş