Üç müğənni Xalq artisti oldu

Mədəniyyət

21.10.2019 - 17:21

Bu barədə Prezidentin rəsmi saytında məlumat verilib 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının estrada ifaçılarına “Xalq artisti” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb. 

 

AYNA Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Sərəncamda deyilir: 

 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə “Xalq artisti” fəxri adı verilsin:

 

Ağayeva Tünzalə Qabil qızı

 

Mirbabayev Mir Yusif Mir Heydər oğlu

 

Nəcəfova Röyalə Yaqub qızı".

Müəllif: Ayna.az