Bakıda “Müzəffər” ovdanının ərazisini zəbt etmək istədilər

Mədəniyyət

31.08.2020 - 17:53

Tarixi abidənin ərazisinin zəbt olunmasının qarşısı alınıb

 

Suraxanı rayonunda yerləşən və öz unikallığı ilə digər Abşeron ovdanlarından fərqlənən “Müzəffər” ovdanının ərazisinin zəbt edilməsinin qarşısı alınıb. AYNA bildirir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

 

Məlumatda deyilir ki, Dövlət Xidməti tərəfindən Suraxanı Rayon İcra Hakimiyyətinə ünvanlanan müraciətdən sonra bir müddət öncə qanunsuz olaraq zəbt olunan abidənin ətrafındakı hasarlar sökülüb, hazırda təmizlik işləri görülür.

 

Qeyd edək ki, qədim karvan yolunun üstündə yerləşən XIX əsrin əvvəllərinə aid “Müzəffər” ovdanı iki quyudan ibarətdir.

Müəllif: Ayna.az