Prezident Xalq artistinə mənzil bağışladı

Mədəniyyət

05.07.2019 - 12:10

Mənzilin üç otaqlı olduğu bildirilir

 

Prezident İlham Əliyev Xalq artisti Məmmədsəfa Qasımova mənzil hədiyyə edib. AYNA xəbər verir ki, bu barədə aktyor özü məlumat yayıb. Mənzilin üç otaqlı olduğu bildirilir.

Xatırladaq ki, M.Qasımov “Yuğ” teatrının aktyorudur.

 

Onu da bildirək ki, bundan əvvəl ölkə başçısı Əməkdar artistlər Vəfa Rzayevaya, Sənubər İsgəndərliyə də ev hədiyyə edib.

Müəllif: Ayna.az