Yeni çəkilmiş filmdə hər kəs azərbaycançılıqdan danışıb

Mədəniyyət

09.10.2019 - 19:13

Layihə çərçivəsində “Azərbaycan və Azərbaycançılıq” sənədli filmi hazırlanıb

 

Jurnalistlər Ekstremal Şəraitdə(JES) İB-nin icra etdiyi “Azərbaycançılıq və hərbi vətənpərvərlik hisslərinin təbliğinə həsr olunan sənədli filmin hazırlanması”  layihəsi başa çatıb. Layihə çərçivəsində “Azərbaycan və Azərbaycançılıq” sənədli filmi hazırlanıb.

 

Bu barədə məlumatı AYNA-ya İctimai Birliyin sədri Firuzə Bəyməmmədqızı verib. 

 

Onun sözlərinə görə, yarandığı ildən cəmiyyəti narahat edən müxtəlif məsələlərlə bağlı layihələr həyata keçirən JEŞ İB filmdə maraqlı addım atıb. Belə ki, sənədli filmdə müxtəlif yaşlarda və fərqli işlərlə məşğul olan sadə vətəndaşlar azərbaycançılıqla bağlı  fikirlərini bildiriblər.

 

Azərbaycançılıq ideologiyası haqqında indiyə qədər hazırlanan bütün sənədli filmlərdən fərqli olaraq, yalnız bu filmdə qeyri-rəsmi şəxslər və aprel şəhidlərinin valideyinləri, həmçinin hərbçilər də çəkiliblər. Bundan başqa, film qəhrəmanları arasında görkəmli alim, filosof Nizaməddin Şəmsizadə də yer alıb, o azərbaycançılıq ideologiyası haqqında olduqca əhəmiyyətli fikirlər söyləyib.

Filmin ssenari müəllifi Elxan Xanəlizadə, operator Nicat Qulam, səs rejissoru Ceyhun Səmədov, məsləhətçisi Tofiq Dadaşovdur.

 

Qeyd edək ki, layihə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə may-sentyabr aylarında icra olunub. 

Müəllif: Raminə Eyvazqızı