Mədəniyyət Nazirliyində yeni təyinat

Mədəniyyət

14.08.2020 - 13:57

Həkimlər Klinikalar SEO Xidməti

Kinematoqrafiya şöbəsinə yeni müdir təyini olub

 

Mədəniyyət Nazirliyi rejissor Rüfət Həsənovun qurumun Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi ilə bağlı məlumat yayıb.

 

AYNA-nın məlumatına görə, xəbərdə bildirilir ki, Mədəniyyət nazirinin səlahiyyətlərini icra edən Anar Kərimov bu barədə əmr imzalayıb. 

 

Qeyd edək ki, 2017-ci ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının rejissoru kimi fəaliyyətini davam etdirən Rüfət Həsənov son təyinatadək “Debüt” studiyasının direktoru vəzifəsində çalışıb.

Müəllif: Ayna.az