Anım Gününə həsr olunmuş kitab sərgisi açılıb

Mədəniyyət

27.09.2024 - 11:41

Həkimlər Klinikalar SEO Xidməti

Ənənəvi sərgi bir həftə davam edəcək

Milli Kitabxanada “27 sentyabr - Anım Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan AYNA-ya bildirilib ki, virtual sərgidə Anım Gününün təsis edilməsi haqda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, mövzu ilə əlaqədar fotolar, kitablar və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkdən istifadə edə bilərlər.

Ənənəvi sərgidə qazanılan Qələbədən, hərb tarixində misli-bərabəri olmayan, görünməmiş hərbi taktikadan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən hərbi və siyasi strategiyasından, Azərbaycan tarixində öz amalları, əməlləri ilə bir ömür boyu unudulmayacaq dərin izlər qoyan igid, qorxmaz, cəsur Vətən oğullarının – qəhrəmanlarımızın sevincli-kədərli həyat hekayələri, şərəfli döyüş yolları və göstərdikləri şücaətlərdən bəhs edən Azərbaycan və müxtəlif dillədə ədəbiyyatlar nümayiş olunur. Ənənəvi sərgi bir həftə davam edəcək.

Anım Gününə həsr olunmuş kitab sərgisi açılıb Anım Gününə həsr olunmuş kitab sərgisi açılıb
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş