“Azərbaycan xalqını vaksinlərə qarşı mübarizəyə çağırıram” – <font color=red> TANINMIŞ AKTYOR</font>

Mədəniyyət

03.06.2020 - 23:10

Qorxmaz Əlilicanzadə: “Adamın hamıya borcu var, borc sahiblərinə isə “yaxın gəlmə, virus var” deyir”

 

Viruslar müxtəlif laboratoriyalarda elm adamlarının təcrübələrindən keçir və insanların bu viruslardan qorunması, müalicə olunması üçün müxtəlif araşdırmalar aparılır. Lakin bəşərin yeganə laboratoriyası elmi laboratoriyalar deyil. Bədəni sağlam qılmağa adanmış bu laboratoriyalarla yanaşı ruhu sağlam qılmağa adanmış sənət laboratoriyaları da mövcuddur.

 

AYNA “Koronavirus pandemiyası sənət adamlarının gözü ilə” mövzusunda silsilə yazılara davam edir. Mövzu ilə bağlı növbəti müsahibimiz tanınmış şoumen, estrada aktyoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qorxmaz Əlilicanzadədir.

 

O, informasiya müharibəsi dövründə yaşadığımızı və özümüzü qorumalı olduğumuzu deyir: “İnformasiyalar bir-birini təkzib edir. Bəzi alimlər virusun, ümumiyyətlə, mövcud olmadığını, bəziləri isə hələ 60-cı illərdən var olduğunu deyirlər. Bu məqamda ən yaxşısı odur ki, özünü qoruyasan. Həm soyuqdan, həm də ictimai təmasdan. Görünən odur ki, bu koronavirusdan daha çox qocalar əziyyət çəkirlər. Bu, özü gözəl bir kinonun süjetidir. Yüz yaşlı bir adamı koronavirusdan xilas ediblərsə, bu adamın və onun əzizlərinin çəkdiyi əziyyət maraqlı bir ssenarinin mövzusudur. Əlbəttə, kinonun sonunda bu qəhrəmanın sağalması daha ümidverici olar”.

Bünyamin