Şuşa Teatrının səhnəsində yenidən “Nağıllar aləmində”

Mədəniyyət

11.11.2023 - 07:52

Tamaşada müxtəlif xalqların nağıl qəhrəmanları öz ölkələrinin mədəniyyətindən və tarixindən danışır

Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi bu gün də “Nağıllar aləmində” adlı tamaşa ilə yenidən uşaqların görüşünə gələcək. AYNA xəbər verir ki, bu barədə teatrdan bildirilib.

Qeyd olunub ki, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.

Tamaşada müxtəlif xalqların nağıl qəhrəmanları öz ölkələrinin mədəniyyətindən və tarixindən danışır. Səhnə əsəri rəngarəng musiqi nömrələri ilə zəngindir.

Müəllif: Ayna.az