Ramiz Əzizbəyli dəfn olunub

Mədəniyyət

10.06.2021 - 13:32

Xalq artisti “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb

 

Ötən gün vəfat edən Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli ilə vida mərasimi keçirilib. AYNA xəbər verir ki, mərasimdə mərhum R.Əzizbəylinin yaxınları, sənət dostları iştirak ediblər.

 

Vida mərasimindən sonra Xalq artisti Bakının “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

 

Qeyd edək ki, R.Əzizbəyli 1948-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. O, bir müddətdir koronavirusa yoluxmuşdu. Daha sonra infarkt keçirən R.Əzizbəyli reanimasiya şöbəsinə yerləşdirilmişdi.

 

Allah rəhmət eləsin!

#

Müəllif: Ayna.az