“Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsi başa çatıb

Mədəniyyət

19.12.2021 - 22:57

Sona Əzizova müsabiqədə beşinci yeri tutub

Fransanın paytaxtı Parisdə keçirilən “Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsi başa çatıb.

AYNA xəbər verir ki, Azərbaycanı sözügedən müsabiqədə “One of those days” mahnısı ilə Sona Əzizova təmsil edib.

Ümumi səslərin sayına görə 151 xal toplayan təmsilçimiz yekunda beşinci yeri tutub.

“İlk beşliy”i Gürcüstan (dördüncü), Fransa (üçüncü), Polşa (ikinci) və Ermənistan tamamlayıb.

Müəllif: Ayna.az