Bayram proqramında Azərbaycandan gələn müğənnilər də iştirak ediblər.
İsveçin paytaxtı Stokholmda Novruz bayramı münasibətilə tədbir keçirilib. AYNA xəbər verir ki, İsveç Beynəlxalq Media Qrupu və Azərbaycan Media Mərkəzinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın İsveçdəki səfirliyinin dəstəyi ilə keçirilən bayram tədbirində İsveçin müxtəlif şəhərlərindən gələn 300-ə yaxın qonaq iştirak edib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra “Qarabağ” bazar günü məktəbinin şagirdləri qonaqların qarşısında “Almalı” rəqsini ifa ediblər. Bayram proqramında Azərbaycandan gələn müğənnilər Abbas Əhməd və Çinarə Məlikzadə də iştirak ediblər.
Bayram şənliyinin sonunda böyük musiqi istedadı olan azərbaycanlı gənc Aynurə Səfərova “Sən yadıma düşəndə”, “Saving all my love you” və “At last" mahnılarını Azərbaycan və ingilis dillərində ifa edib.