Türkiyədə azərbaycanlı şair haqqında kitab nəşr edilib

Mədəniyyət

22.08.2022 - 01:47

“Prof. Dr. Mehmet İsmail Armağanı” adlı kitabda şair haqqında yazılanlar əksini tapıb

Əsərləri dünyanın əllidən çox dilinə çevrilmiş, Azərbaycan, türk, rus, fransız, yapon, qazax, rumın, alban, macar dillərində qırxdan çox kitabı yayınlanan türk dünyasının məşhur şairi Məmməd İsmayılın Türkiyədə “Prof. Dr. Mehmet İsmail Armağanı” adlı kitab işıq üzü görüb.

AYNA xəbər verir ki, kitabda həm Azərbaycan, həm də Türkiyə şair, yazıçı və elm adamlarının Məmməd İsmayıla həsr olunmuş  şeirləri, xatirə yazıları və elmi məqalələri yer alıb.

“Prof. Dr. Mehmet İsmail Armağanı” kitabı oxuculara ustad şairin yaradıcılığını bütün dolğunluğuyla qavramaq, əsərlərinə yeni, elmi tərəfdən baxmaq, onu yenidən kəşf etmək imkanı verir. 

Qeyd edək ki, M.İsmayıl kimi haqq şairinin sevgi, istək, əbədiyyət yolunu işıqlandırmaq, çoxşaxəli yaradıcılığını bir kitab həcminə sığdırmaq çətin və çətin olduğu qədər də məsuliyyətlidir. Onun  poeziyası  milli ruhu daşıyan, türklük düşüncəsini məfkurə bilən insanlara daha çox doğmadır. Şairin poeziyası xəlqi mahiyyət daşısa da, daha çox milli ziyalı çevrəsinə ünvanlanıb. Çünki milləti millət edən onun qabaqcıl ziyalıları, fikir və düşüncə insanlarıdır.

 

Müəllif: Ayna.az