Aktyor canlandıracağı terrorçu obrazının ərəb olmasını tələb etdi

Mədəniyyət

08.09.2019 - 09:24

Aktyor filmdəki terrorist obrazını bir şərtlə qəbul edəcəyini bildirib

 

Oskar nominasiyalı Hollivud aktyoru Rami Malek karyerası ərzində növbəti film üçün təklif alıb. AYNA xəbər verir ki, aktyorun növbəti filmi "Ceyms Bond" olacaq. 

 

Aktyora yeni filmdə terorist obrazı təklif olunub. Lakin aktyor filmdəki terrorist obrazını bir şərtlə qəbul edəcəyini söyləyib. Rami Malek filmdəki terrorist obrazını terorsitin ərəb dilində danışan və işlətdiyi cinayətlərə dini səbəb qatmayan obraz olduğu təqdirdə qəbul edəcəyini bildirib.

 

Aktyorun bu şərtinə film şirkətindən hələ ki cavab verilməyib.

 

Qeyd edək ki, Rami Malek əslən Misirdəndir və Oskar müküfatı alan ilk misirli kimi Hollivudun tarixinə düşüb.

Müəllif: Ayna.az