Tariximizin daha bir şahidi uçub dağılmaq təhlükəsi altındadır
Ağdaşda qəzalı vəziyyətdə olan Qarabəy karvansarayı rayonun əsas tarixi abidələrindən biridir. 1900-cü ildə inşa olunan karvansarayın diqqətdən kənarda qalması, burda yaşayanların gününü də göy əskiyə büküb. Vaxtilə karvansaray kimi fəaliyyət göstərən binadan hazırda ticarət obyektləri və yaşayış məskəni kimi istifadə olunur. Lakin tarixi abidə artıq tab gətirmir və hər an uçmaq təhlükəsi ilə üz-üzədir.
Rayonun Müşfiq İsayev küçəsində yerləşən, yerli əhəmiyyətli abidə kimi Mədəniyyət Nazirliyinin qeydiyyatında olan Qarabəy karvansarayı, uzun illər karvansaray kimi fəaliyyət göstərsə də, 1950-ci illərdən sonra yaşayış məqsədilə istifadə edilib.
Mərahim Nəsib