Üç itkin şəhid dəfn ediləcək

Xəbərlər

17.04.2025 - 14:52

Həkimlər Klinikalar SEO Xidməti

Mübariz Hüseynov, Ələsgər Mirzəliyev və  Münasib Mehdiyev səfn ediləcəklər

Daha 3 itkin şəhid dəfn ediləcək. AYNA.AZ xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, Birinci Qarabağ müharibəsində itkin düşən Hüseynov Mübariz Sabəddin oğlu, Mirzəliyev Ələsgər Fərzalı oğlu, Mehdiyev Münasib Namaz oğlunun qalıqları aprelin 18-də dəfn olunacaq.

Mübariz Hüseynovun qalıqları Suraxanı rayonu Dədə Qorqud qəsəbəsi Şəhidlər xiyabanında, Ələsgər Mirzəliyevin qalıqları Cəbrayıl rayonu, Cocuq Mərcanlı kənd qəbiristanlığında, Münasib Mehdiyevin qalıqları isə Samux rayonu, Qovlarsarı kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Üç itkin şəhid dəfn ediləcək
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş