“Üç ildə 100 minə yaxın keçmiş məcburi köçkünün öz evlərinə qayıtması planlaşdırılır”

Xəbərlər

10.10.2023 - 16:23

cedabet dərman SEO Xidməti

Ceyhun Bayramov: “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” Proqramı dövlətimizin əsas prioritetləri sırasındadır”

“İşğaldan azad olunmuş ərazilərlə bağlı “Böyük Qayıdış” Proqramı bizim dövlətimizin əsas prioritetləri sırasındadır”. AYNA xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasında çıxışında deyib.

Nazir bildirib ki, bu proqram çərçivəsində keçmiş məcburi köçkünlər artıq Laçına, Füzuliyə, Ağalı, Zabux və Talış kəndlərinə köçürülüblər.

“Qarşıdan gələn üç ildə təxminən 100 minə yaxın keçmiş məcburi köçkünün öz evlərinə qayıtması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi ilə yanaşı, əhalinin davamlı şəkildə köçürülməsi və layihələrin icra olunması bu ərazilərin inkişaf etmiş regiona çevrilməsinə şərait yaradır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş