Türkiyənin Portuqaliyadakı səfiri ürəktutmasından vəfat edib

Dünya

01.07.2023 - 03:50

cedabet dərman SEO Xidməti

Xəstəxanaya aparılan səfirin həyatını xilas etmək mümkün olmayıb

Türkiyənin Portuqaliyadakı səfiri Murat Karagöz dənizdə çimərkən vəfat edib.

AYNA xəbər verir ki, səfir Muğlanın Fethiye mahalının Faralya körfəzində dənizdə çimərkən infarkt keçirib.

O, təcili yardımla Fəthiyədə özəl bir xəstəxanaya aparılıb. Xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq, səfir həyatını itirib.

Keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu Murat Karagözün vəfatı ilə əlaqədar "Twitter" hesabında səfirin ailəsinə və yaxınlarına başsağlığı verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş