Türkiyənin MSK sədri: “Səsvermə problemsiz davam edir”

Dünya

14.05.2023 - 12:15

Türkiyədə prezident və parlament seçkiləri keçirilir

“Səsvermə prosesi problemsiz davam edir”.

AYNA xəbər verir ki, bunu Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener jurnalistlərə açıqlamasında deyib.

O səsvermə prosesinin bundan sonra da promlemsiz və şəffaf keçiriləcəyinə ümidini ifadə edib: “Bu gün həm də demokratiya bayramıdır. Seçkilərin bütün namizədlər üçün uğurlu olmasını arzu edirəm”.

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb.

Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır: - “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğan.

“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

“Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.

Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə