Türkiyənin İzmir şəhərində güclü zəlzələ olub - <font color=red> VİDEO</font>

Dünya

30.10.2020 - 16:29

 

6.6 bal gücü olan zəlzələnin episentri Seferihisar rayonudur

 

Türkiyənin Egey bölgəsində 6,6 bal gücündə zəlzələ baş verib. AYNA xəbər verir ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

 

Zəlzələnin episentri İzmir vilayətinin Seferihisar rayonudur. Təkanların ocağı yerin 16,54 kilometr dərinliyindədir.

 

Yeraltı təkanlar İstanbul da daxil olmaqla ölkənin Marmara bölgəsində hiss edilib. Hələlik zəlzələnin fəsadları barədə dəqiq məlumat yoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş