Səfir: "Xəstəliyim ağır qrip şəklində keçir"
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı koronavirusa yoluxub.
AYNA xəbər verir ki, bu barədə 58 yaşlı səfir "Twitter"də yazıb.
“Həyat yoldaşımla birgə koronavirus testimiz pozitiv çıxıb. Xəstəliyim ağır qrip şəklində keçir. Çox şükür, vəziyyətimiz yaxşıdır. Vəziyyətimizi müşahidə altında saxlayan Azərbaycan Xarici İşlər Nazirliyi və cənab nazir Ceyhun Bayramov və dərmanlarımızı göndərən Azərbaycan Səhiyyə Nazirliyinə təşəkkür edirik”, - diplomat qeyd edib.