Türkiyənim Malatya vilayətində 4.5 bal gücündə zəlzələ olub

Dünya

30.06.2022 - 07:32

Zəlzələnin fəsadları barədə hələ ki, rəsmi məlumat yoxdur

Türkiyənin Malatya vilayətində 4.5 bal gücündə zəlzələ baş verib. AYNA xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Fəlakət və Fövqəladə Hallar Departamenti (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla dünən saat 22:04-də qeydə alınıb.

Ocağı yerin 15.05 kilometr dərinliyində olan zəlzələnin episentri Malatyanın Hekimhan rayonudur.

Zəlzələnin fəsadları barədə hələ ki, rəsmi məlumat yoxdur.

Müəllif: Ayna.az