Türkiyədə zəlzələ olub

Dünya

28.10.2021 - 07:37

Zəlzələ ocağı 6,9 km dərinlikdə yerləşib

Türkiyənin Konya əyalətində zəlzələ baş verib. AYNA-nın məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Tuzlukçu rayonunda yerli vaxtla saat 00:38-də 4 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 6,9 km dərinlikdə yerləşib.

Təbii hadisənin fəsadları barədə məlumat yoxdur.

Müəllif: Ayna.az