Xəsarət alan şəxsin vəziyyətinin ağır olduğu bildirilir
Türkiyədə ağır yol qəzası olub. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Batman-Hasankeyf yolunun birinci körpüsündə baş verib.
İraqlı sürücünün idarə avtomobil yük maşınına arxadan çırpılıb. Qəzada ikisi qadın olmaqla üç nəfər ölüb. Bir nəfər isə ağır yaralanıb.
Avtomobildə sıxılıb qalanlar Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) tərəfindən xilas olunaraq xəstəxanaya çatdırılıb.
Qəza səbəbindən körpü bir müddət nəqliyyatın hərəkətinə bağlanıb.





