Türkiyədə terror aktının qarşısı alınıb

Dünya

30.06.2021 - 14:27

Həkimlər Klinikalar SEO Xidməti

Üç PKK terrorçusu zərərsizləşdirilib

 

Türkiyənin cənub-şərqində terror aktı planlaşdıran üç PKK terrorçusu zərərsizləşdirilib. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, terrorçular kəşfiyyat məlumatları və müşahidələr nəticəsində Hakkari vilayətinin Şəmdinli bölgəsində aşkarlanıblar.

 

“İran hakimiyyəti ilə razılaşdırıldıqdan sonra terrorçular atəş dəstəyi ilə zərərsizləşdirilib. Türkiyə qətiyyətlə terrorizə qarşı mübarizəsini davam etdirəcək”, - deyə nazirliyin açıqlamasında vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş