Bu gün qardaş ölkədə prezident və parlament seçkiləri keçiriləcək
Bu gün Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. AYNA xəbər verir ki, Türkiyə Prezidenti postu uğrunda üç namizəd – “Cumhur İttifaqı”nın namizədi, Ədalət və İnkişaf Partiyasının rəhbəri (AKP), hazırki Prezident Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqının” namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu və “ATA İttifaqı”nın namizədi Sinan Oğan mübarizə aparır.
Seçkilərdə 60 milyon 697 min 843 seçici səsvermə hüququna sahibdir. Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının səsverməsi mayın 9-da başa çatıb, gömrük məntəqələrində səsvermə isə davam edir.
Prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.
Parlament seçkilərində “Cumhur İttifaqı” və “Millət İttifaqı”nın namizədləri ilə yanaşı bir sıra siyasi partiyaların namizədləri var.