Türkiyədə seçki qutularının 99 faizi açılıb: Ərdoğan liderdir

Xəbərlər

28.05.2023 - 22:39

Kamal Kılıçdaroğlu 47,93 faiz səs toplayıb

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərinin nəticələri açıqlanır.

AYNA xəbər verir ki, səsvermə bülletenlərinin 99,06 faizinin işlənməsinin nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,07 faiz səs qazanıb.

“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,93 faiz səs toplayıb.

Müəllif: Ayna.az