Türkiyədə PKK-ya yardım edən 4 nəfər saxlanılıb

Dünya

04.02.2021 - 16:37

Onlardan ikisi Türkiyədən deportasiya olunub

 

Suriyadan qanunsuz yollarla Türkiyəyə daxil olan şəxsin ayaqqabısının dabanında partlayıcı qurğu aşkarlanıb. Bu barədə AYNA Türkiyə mediasına istinadən bildirir.

 

Xəbərdə qeyd edilib ki, araşdırma zamanı saxlanılan şəxsin PKK terror təşkilatının üzvlərini partlayıcı maddələrlə təmin etdiyi müəyyənləşdirilib.

 

Faktla bağlı dörd nəfər saxlanılıb. Onlardan ikisi Türkiyədən deportasiya olunub.

 

Müəllif: Ayna.az