Yoluxanlar xəstəliyi yüngül keçirdiyi bildirib
Türkiyədə koronavirusun "omikron" ştamına yoluxma qeydə alınıb.
AYNA-nın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca deyib.
Nazir bildirib ki, bu günə qədər biri İstanbul, beşi İzmirdə olmaqla 6 nəfərdə "omikron" ştamı aşkar edilib: "yoluxanlar xəstəliyi yüngül keçirib. Onların heç birinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb", deyə Fəxrəddin Qoca qeyd edib.