Türkiyədə meşə yanğını başlayıb

Dünya

22.06.2022 - 01:43

Hazırda aidiyyəti qurumlar yanğını nəzarət altına almağa çalışırlar

Türkiyədə meşə yanğını başlayıb. AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, təbii hadisə Muğla əyalətində qeydə alınıb. Marmaris rayonunda meşəlik ərazidə naməlum səbəbdən yanğın başlayıb. Qeyd edilir ki, yanğının əhatə dairəsi küləyin təsiri ilə sürətlə artır. Hazırda aidiyyəti qurumlar yanğını nəzarət altına almağa çalışır.

Yanğının söndürülməsinə Muğla Meşə Region İdarəsinin tabeliyindəki helikopterlər, inşaat texnikası və çoxlu sayda meşə təsərrüfatı işçisi cəlb olunub.

Bildirilir ki, bir çox könüllülər yanğınsöndürənlərə dəstək verirlər. Təhlükəsizlik tədbirləri çərçivəsində yanğın yerinə məmurlardan başqa heç kim buraxılmır.

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi, daxili işlər naziri Süleyman Soylu bölgəyə gedib.

Müəllif: Ayna.az