Türkiyədə koronavirusla bağlı son vəziyyət

Dünya

18.02.2021 - 00:45

Ölkədə ağır xəstə sayı 1193 nəfərdir 

 

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

 

AYNA Türkiyə KİV-ə istinadən xəbər verir ki, gün ərzində 86 nəfər koronavirusun qurbanı olub.

 

Ümumilikdə sutkada 117 min 121 test aparılıb ki, onun da 7 min 325-i müsbət çıxıb.

 

Ağır xəstə sayı 1193-dür. 7 min 209 nəfər müalicəsini tamamlayaraq sağalıb. Bununla sağalanların sayı 2 milyon 496 min 833-ə yüksəlib.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar