Türkiyədə koronavirusla bağlı son vəziyyət

Dünya

04.02.2021 - 01:08

Gün ərzində 117 nəfər COVID-19-dan ölüb

 

Türkiyədə gün ərzində koronavirusla bağlı müşahidə edilən vəziyyət açıqlanıb.

 

AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, son 24 saatda 148 min 192 koronavirus testi aparılıb, onlardan 8 min 102-si müsbət çıxıb.

 

Gün ərzində 117 nəfər COVID-19-dan ölüb. Bununla ölənlərin sayı ümumilikdə 26 min 354-ə yüksəlib.

 

8 min 314 nəfər xəstəlikdən sağalıb ki, bununla da ümumi sağalanların sayı 2 milyon 387 min 384-ə çatıb. Ağır xəstələrin sayı 1523 təşkil edir.

Müəllif: Ayna.az