Test edilənlərdən 1192-nin cavabı pozitiv çıxıb
Türkiyədə COVID-19 dünən daha 23 can alıb. AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca “Twitter” səhifəsində bildirib.
Nazir qeyd edib ki, ötən sutka 40 min 496 şübhəli koronavirus testindən keçib, onlardan 1192-nin cavabı pozitiv çıxıb. Daha 1412 xəstə isə sağalıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 4 min 950 nəfər ölüb, 187 min 685 nəfər yoluxub, 160 min 240 nəfər isə müalicə olunub.