Son sutkada 16 mindən çox yoluxma faktı qeydə alınıb
Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb.
AYNA ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son sutkada 63 nəfər koronavirusun qurbanı olub.
Son 24 saatda 224 min 198 COVID-19 testi aparılıb ki, bunun da 16 min 809-u müsbət çıxıb. Eyni zamanda, 5 min 585 xəstə sağalıb.