Türkiyədə iki avtobus qəzasında 5 nəfər ölüb, 56 nəfər yaralanıb

Dünya

01.07.2023 - 13:17

cedabet dərman SEO Xidməti

Türkiyənin Eskişəhir şəhərində sərnişin avtobusu aşıb. AYNA xəbər verir ki, hadisə nəticəsində 35 nəfər yaralanıb.

Qəza yerinə polis, xilasedici və təcili tibbi yardım əməkdaşları cəlb edilib. Yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıb.

Ölkədə daha bir ağır yol qəzası isə İzmir şəhərində qeydə alınıb. Minik maşını ilə mikroavtobusun toqquşması nəticəsində 5 nəfər ölüb, 21 nəfər yaralanıb.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Məlumata görə, yaralılardan 5-nin durumu ağırdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş