Adanada 5.5 bal gücündə zəlzələ baş verib
Türkiyənin Adana şəhərinin Kozan rayonunda 5,5 bal gücündə zəlzələ baş verib.
AYNA xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallarla Mübarizə İdarəsi (AFAD) məlumat yayıb.
Zəlzələnin ocağı 11,27 kilometr dərinlikdə yerləşib.
Hələlik dağıntı və itkilər barədə məlumat yoxdur.