Türkiyədə COVID-19-la bağlı son vəziyyət

Dünya

12.09.2021 - 01:54

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb 

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 259 nəfər ölüb.

AYNA-nın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 314 046 nəfər test edilib, onların 22 923-nün koronavirus testi pozitiv nəticə verib, 30 144 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 101 454 754 peyvənd tətbiq edilib ki, bunun 82,83 faizi birinci mərhələ vaksinasiya olunanlardır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş