Türkiyədə COVID-19-la bağlı son vəziyyət

Dünya

22.08.2021 - 00:29

Həkimlər Klinikalar SEO Xidməti

Gün ərzində 19 mindən çox yoluxma faktı qeydə alınıb 

 

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 232 nəfər həyatını itirib.

 

AYNA xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 282 857 nəfər test edilib, onların 19 351-nin koronavirus testi pozitiv nəticə verib, 13 163 nəfər sağalıb.

 

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü də mərhələ daxil olmaqla 88 059 440 peyvənd tətbiq edilib ki, bunun 73,78%-i birinci mərhələdə vaksinasiya olunanlardır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş