Türkiyə XİN: "Qərar Ukraynanın ərazi bütövlüyünə qarşı atılmış addımdır"
Rusiya tərəfindən “DXR” və “LXR”in “müstəqilliyi”nin tanımasını qəbul etmirik.
AYNA-nın xəbərinə görə, bu bəyanatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.
Nazirlikdən bildirilib ki, qərar Ukraynanın ərazi bütövlüyünə qarşı atılmış addımdır. Türkiyə tərəfləri beynəlxalq hüquqa riayət etməyi çağırır.