Türkiyə və Ukrayna müdafiə nazirləri telefonla danışıb

Dünya

23.06.2023 - 03:06

cedabet dərman SEO Xidməti

"Taxıl sazişi" ilə bağlı son vəziyyət müzakirə olunub

Türkiyə milli müdafiə naziri Yaşar Gülər ​​və Ukraynanın müdafiə naziri Aleksey Reznikov arasında telefon danışığı olub.

AYNA-nın APA-ya istinadən verdiyi xəbərə görə, Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı "Taxıl sazişi" ilə bağlı son vəziyyət müzakirə olunub. Türkiyəli nazir taxıl təşəbbüsünün fasiləsiz davam etdirilməsinin vacibliyini vurğulayıb. Y.Gülər əlavə edib ki, Türkiyə 17 iyulda müddəti bitən "Taxıl sazişi"nin uzadılması üçün bütün lazımi səyləri göstərəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş