"Türkiyə və region ölkələri fələstinlilərin Qəzzadan çıxarılması bəyanatları ilə razılaşa bilməz" - Hakan Fidan

Dünya

05.02.2025 - 14:57

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyəli nazir: "Bunu müzakirəyə çıxarmaq da düzgün deyil"

"Türkiyə və region ölkələri ABŞ Prezidenti Donald Trampın fələstinlilərin Qəzza zolağından çıxarılması bəyanatları ilə razılaşa bilməz"

AYNA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu” agentliyinə bildirib.

"Bu, nə regionun, nə də bizim qəbul edə biləcəyimiz vəziyyətdir. Hətta bu barədə düşünmək belə vaxt itkisidir. Bunu müzakirəyə çıxarmaq da düzgün deyil", - siyasətçi qeyd edib.

H.Fidan həmçinin vurğulayıb ki, Türkiyə Qəzza zolağında fələstinlilərin maraqlarına cavab verməyən istənilən təşəbbüsün əleyhinədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş