Türkiyə və Özbəkistan müdafiə nazirləri telefonla danışıb

Dünya

11.08.2022 - 18:53

Həkimlər Klinikalar SEO Xidməti

Telefon danışığı zamanı bir sıra məsələlər müzakirə olunub

Türkiyə milli müdafiə naziri Hulusi Akar Özbəkistanın müdafiə naziri Bahadır Qurbanovla telefon danışığı aparıb.

AYNA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, danışıq zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri, müdafiə sənayesi sahəsində əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.

Bundan əlavə, iki ölkə arasında hərbi təhsil sahəsində əməkdaşlıq fəaliyyətinin davam etdirilməsi ilə bağlı fikir birliyi də vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş