Antiterror əməliyyatı davam edir
Suriyanın şimalındakı Fırat Kalkanı və Barış Pınarı bölgələrində Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı davam edir. AYNA-nın məlumatına görə, bu barədə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, əməliyyat çərçivəsində aşkarlanan daha 5 PKK/YPG terrorçusu zərərsizləşdirilib.