Türkiyə Xarici İşlər Nazirliyi Novi Sad şəhərində baş vermiş faciə ilə bağlı Serbiyaya başsağlığı verib.
Bu barədə AYNA Türkiyə XİN-ə istinadən xəbər verir.
“Novi Sad dəmir yolu vağzalında baş verən faciəvi olay nəticəsində insan ölümü xəbəri bizi dərindən üzdü. Həlak olanların ailələrinə və bütün Serbiya xalqına dərin hüznlə başsağlığı veririk”, – Türkiyə XİN-in bəyanatında bildirilib.
Xatırladaq ki, noyabrın 1-də Novi Sadda vağzal binasının beton talvarının uçması nəticəsində 14 nəfər ölüb. Yerli KİV hadisə yerində axtarış-xilasetmə əməliyyatlarının başa çatdığını yazır.