Türkiyə səfirliyi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Xəbərlər

28.05.2023 - 01:31

“Müstəqil Azərbaycanın bayrağı ölkənin səmasında əbədiyyən dalğalanacaq”

“Müstəqil Azərbaycanın bayrağı ölkənin səmasında əbədiyyən dalğalanacaq”. AYNA xəbər verir ki, bu sözlər Türkiyənin Azərbaycandakı səfirliyinin Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrikində yer alıb.

“Qardaş Azərbaycanın Müstəqillik Günü mübarək olsun! Müstəqil və suveren Azərbaycanın şanlı bayrağı bütün Azərbaycan torpaqlarında və səmasında əbədiyyən dalğalanacaq. Yaşasın güclü və müstəqil Azərbaycan!”. - təbrikdə deyilir.

Müəllif: Ayna.az